O qədər hamımızın yaxınına, doğmasına can yandırdın ki…haqqını hamımıza halal elə!
Çox dəyərli həkimimiz, insan kimi insan onkoloq-radioloq Asif Nəsirlinin dünyasını dəyişdiyi deyilir. Həmkarlarımız onun barəsində çoxlu paylaşımlar edərək yüzlərlə uşağın həyatını xilas etdiyi haqda yazıblar. Haradadır “vətənpərvər” jurnalistlər, niyə onun barədə bir yazı yazmır, fəaliyyətini işıqlandırmırlar? Sərf eləmir? Yoxsa qorxurlar ki, ləyaqətli peşəkar həkimi pulsuz reklam edərlər, ucaldarlar? Amma bir aferist klinika qabağında konsert versə, bar-bar bağırar, aləmə car çəkib bütun həkimləri savadsız, vicdansız adlandırarlar! Utanın e, utanın! Başlarına bir iş gələn kimi həkim axtarırlar, amma sosial şəbəkələrdə şirə-aslana dönüb “Azərbaycanda həkim yoxdur” deyirlər. Bu sözü deyənlərin insanlıqda heç payı yoxdur! Həkimlər bircə həftə işlərini dayandırsalar, illərlə onlara qarşı aparılan qaralama kompaniyasına etiraz etsələr görərsiniz ölkədə nələr baş verər. Ən pis həkimi yalvarıb axtararlar. Sizinki elə pisləməkdir! Guya bunlar millətin dərdini çəkir deyə düşüblər həkimlərin canına! Gedin həkimlər qrupunda həkimlərin yazdıqlarini oxuyun, az qala fəryad edələr! Əsas da bəziləriniz kimi moşennik, yalançı, vicdansız, öz canına biganə, savadsız “pasientlərin” əlindən nə çəkdiklərini oxuyun! Uzaqdan döyüş asan görünər. Həkim qəbulu pulsuz olmalıdır deyənlərin özləri həkim olsa pul nədir, camaatin dərisini soyarlar, utanmazlar! Tfu, sizin olmayan vicdanınıza, tfu, həkimi bu vəziyyətə gətirib hörmətdən salanlara, xəstə puluna möhtac qoyanlara, tfu!!!!
MM.AZ
