Salyan rayonunda yeniyetmənin qəfil ölümü ailəsini və kənd sakinlərini dərin kədərə boğub.
Belə ki, rayonun Kürsəngi kənd sakini, 16 yaşlı Səmar Qurbanov qəflətən dünyasını dəyişib. İlkin məlumatlara görə, yeniyetmənin ürəktutmadan vəfat etdiyi bildirilir. Hadisə həm ailə üzvləri, həm də onu tanıyan hər kəs üçün böyük sarsıntı yaradıb.Onun atası Vüsal Qurbanov 44 günlük Vətən müharibəsinin iştirakçılarındandır. Övlad itkisi ailə üçün xüsusilə ağır faciə kimi qiymətləndirilir. Kənd sakinlərinin sözlərinə görə, Səmar mehriban xarakteri, tərbiyəsi və sakit davranışı ilə yaşıdları arasında seçilən yeniyetmələrdən biri olub.
Onun vaxtsız vəfatı məktəb yoldaşlarını, müəllimlərini və yaxınlarını dərin hüznə qərq edib.
Allah rəhmət eləsin!
MUASIRMEDIA.AZ
