15 İyun yaddaşlara əbədi həkk olunmuş tarixi bir gündür. Azərbaycanı xaosdan, çəkişmələrdən, hətta vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq üçün xalq, Heydər Əliyevin hakimiyyətə gəlməsini vacib saydı…
1993-cü ildə ulu öndərin Ali Sovetin sədri seçilməsi ilə ölkəmizdə qurtuluş fəlsəfəsinin və milli birliyin təməli qoyuldu. Ümummilli lider öz siyasi dühası, zəngin dövlətçilik təcrübəsi və sarsılmaz qətiyyəti ilə qısa müddətdə ölkədaxili sabitliyi bərpa etdi, qanunsuz silahlı birləşmələri zərərsizləşdirdi və nizami ordunun qurulmasına nail oldu. Atəşkəsin əldə olunması ilə iqtisadi müstəqilliyimizin möhkəmləndirilməsi, ardınca isə milli dövlətçilik sütunlarının gücləndirilməsi təmin edildi.
Qurtuluşdan başlayan və Azərbaycanı gələcəyə doğru aparan yol ölkəmizə böyük uğurlar qazandırdı. Bu gün Azərbaycan qüdrətli dövlət kimi inkişafını davam etdirir.
Ulu öndərin uzaqgörənliklə əsasını qoyduğu müstəqillik strategiyası son illərdə müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev tərəfindən misilsiz uğurlarla davam etdirilir. Bu gün ümummilli liderin ruhu şaddır, çünki onun ən böyük vəsiyyəti yerinə yetirildi.
Qarabağ və Şərqi Zəngəzur azaddır. Xankəndidə, Şuşada, Xocalıda və digər qədim torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı qürurla dalğalanır…
Bayramımız mübarək, Azərbaycan xalqı!!!
MUASİRMEDİA.AZ GÜLLƏR BƏHRƏMOV
