CƏLİLABADDA ELEKTRİK MONTYORUNU CƏRƏYAN VURARAQ ÖLDÜRÜB

Hadisə

Cəlilabadda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə rayonun Mirzəli kəndi ərazisində qeydə alınıb. Belə ki, Cəlilabad rayonunun Qarakazımlı kənd sakini Fariz Məmmədov elektrik dirəyində təmir-bərpa işləri apararkən qəfildən elektrik enerjisinin verilməsi nəticəsində cərəyan vurmasına məruz qalıb. Ağır xəsarətlər alan F.Məmmədov hadisə yerində dünyasını dəyişib. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir