Məlumat verdiyimiz kimi, müəllimlər üçün geyimlə bağlı hüquqi əsas yaradılır. Yenilik isə müəllimlər tərəfindən birmənalı qarşılanmayıb. Kimi müəllimlər üçün geyim qanununu dəstəkləyir, kimi isə müəllimlərin fikri olmadan qərar qəbulunu düzgün hesab etmir. Sosial şəbəkələrdə bəzi müəllimlər təklif edir ki, əgər deputatlar müəllimlər üçün geyim qaydası müəyyən edirlərsə, o zaman Milli Məclis millət vəkilləri üçün də vahid geyimlə bağlı qanun qəbul etsin.
Bəs ola bilərmi ki, Milli Məclisin iclaslarına deputatlar vahid geyimdə qatılsınlar?
“Azərbaycan parlament tarixində belə ənənələr olmadığına görə, düşünmürəm belə bir şey olsun. O ki qaldı müəllimlərin vahid geyiminə, söhbət hansısa bir vahid geyimdən getmir. Vahid geyim ancaq şagirdlər üçün olacaq. Müəllimlər sadəcə olaraq müvafiq bir stilə uyğun geyinməlidirlər ki, tələbələrin və şagirdlərin diqqətini yayındırmasınlar. Bu da elə bir stil olmalıdır ki, gözə çarpmasın”.
MM.AZ
