Şəfiqə xanım anası İzzət xanıma həsr etdiyi “Mənim anam” kitabında yazır: “… anam İzzət xanım oğlanlarından abır edər, bir dəfə də olsun, başı açıq onlarla üzbəüz oturmazdı.
Qardaşlarım ağlı kəsəndən onu bir dəfə də olsun başı açıq görmədilər. Hətta xatirimdədir, bir dəfə evdə mən onun başını darayırdım. Qəflətən qapı döyüldü. Anam Heydər qardaşımın gəldiyini duyub tez kəlağayısını başına örtdü. Ana-övlad pərdəsini anam əvvəldən bu cür hörmət saxlamaqla qoruyurdu”.

“Dua edərkən səssizcə ağlayardı”.
“Anam bütün varlığı ilə Allaha bağlı bir qadın idi. Hər kəlməsində, hər cümləsində Allahı vəsf edərdi. Oruc tutar, namaz qılar, matəm saxlardı.
…İlahi, insanda nə qədər səbir, təmkin, Tanrı sevgisi olarmış?! Bu Tanrı sevgisi bitib-tükənməz idi. Hər gün qıldığı namazdan sonra etdiyi duaları sakitcə dinlərdim. Tam səssizlik hökm sürən evimizdə anamın pıçıltılarla, asta-asta etdiyi dualar qəlbimi riqqətə gətirir, ürəyimi Allah nuru ilə doldururdu. Anam çəkdiyi məşəqqət və acıların müqabilində Allahdan xalqımıza əmin-amanlıq diləyər, balalarına cansağlığı arzulayardı. Onun Allah dərgahına qalxan əlləri titrəyəndə bilərdim ki, anam səssiz-səmirsiz ağlayır, özümü görməzliyə vurardım”.
MUASİRMEDİA.AZ
GÜLƏR AMİN