Azərbaycan stolüstü tennisçiləri Belçikada keçiriləcək beynəlxalq turnirdə ölkəni təmsil edəcəklər.
Turnirdə Azərbaycanın kişilər və qadınlardan ibarət idmançıları iştirak edəcək. Komandanın heyətində Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Gülüzadə, Laman Əbdülhəmidova, Zemfira Mikayılova, Mərziyə Nurmatova, Aylin Əsgərova və Xədicə Əbilzadə yer alıb.
İdmançılar baş məşqçilər Fərhad İsmayılov və Mixail Timofeyevin rəhbərliyi altında yarışacaqlar.
MM.AZ
