FIFA U-15 Dünya Çempionatı ilə əlaqədar viza proseduru sadələşdirildi

İdman

Azərbaycanda keçiriləcək 15 yaşadək oğlanlar arasında ilk FIFA Dünya Çempionatı və festivalı ilə əlaqədar ölkəyə gələcək əcnəbilər üçün viza proseduru sadələşdirilib.

Prezident İlham Əliyevin 21 sentyabr tarixli sərəncamına əsasən, turnirlə əlaqədar Azərbaycana gələn və müəyyən sənədlərdən birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 22 sentyabr–5 noyabr 2026-cı il tarixlərində Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcəklər.

Viza üçün əsas sənədlər sırasında AFFA-nın rəsmi dəvət məktubu və FIFA-nın elektron qeydiyyat sistemi vasitəsilə akkreditasiyanı təsdiqləyən sənəd nəzərdə tutulub.

Xarici İşlər Nazirliyinə və Dövlət Miqrasiya Xidmətinə prosedurun sadələşdirilməsi ilə bağlı müvafiq məlumatlandırma və təşkilati tədbirlərin həyata keçirilməsi tapşırılıb.

Bu qərar turnirdə iştirak edən komandaların, nümayəndə heyətlərinin və digər akkreditə olunmuş şəxslərin Azərbaycana gəlişini asanlaşdırmaq məqsədi daşıyır.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir