Şərqin ilk qadın rəssamı – QEYSƏR KAŞİYEVA

Tarix
Qeysər Kaşiyeva – adı kimi, taleyi də qeyri-adi olan bir xanım.
O, ilk peşəkar rəssam qadın olaraq nəinki Azərbaycanın ərazisində, həm də bütün Şərqdə milli təsviri sənət tarixində iz buraxmışdır.
Bu gün xatirə günü olan Azərbaycanın professional rəssamlıq təhsili alan ilk peşəkar qadın rəssamlarından olan Qeysər Seyfulla qızı Kaşiyeva 1893-cü il iyun ayının 7-də Tiflisdə hərbçi ailəsində anadan olmuşdur.
Yeddi yaşında ikən Tiflisdəki qız pansionunda oxumuş, orada rus dilini öyrənmiş, sonra isə Qızlar Gimnaziyasında təhsil almışdır. Gimnaziyada oxuduğu illərdən onun rəssamlığa həvəsi yaranmış, eyni zamanda bədii qurama və bədii toxuma işlərinə də maraq göstərmişdir.
1907–1908-ci illərdə Tiflisdə Qafqaz İncəsənətinin Təşviq Cəmiyyətinin nəzdində incəsənəti təbliğ edən rəssamlıq məktəbində oxumuşdur.
Qeysər Kaşiyevanın ilk incəsənət əsərləri bir vaxtlar “Molla Nəsrəddin” jurnalının əməkdaşı olan karikaturaçı Oskar Smerlinqin əlinə düşür.
Smerlinq öz dostu Rixard-Karl Zommerdən Qeysər Kaşiyevaya dərs deməyi xahiş edir. Onların təşəbbüsü nəticəsində müsəlman qız Moskvada təhsil alır. O, Tiflisdə müsəlman-türk qadınlarının xeyriyyə cəniyyətinin üzvü olur, cəmiyyətin afişaları, plakarları, dəvətnamələrini hazırlayırdı.
1907-1915-ci illərdə onun akvarel, karandaş və kömürlə çəkdiyi sənət əsərləri Tiflis sərgilərində böyük uğur qazanmışdır.
Yaradıcılığı:
O dövrün tanınmış rəssamları sayılan R.Zommer və O.Şmerlinqdən dərs alan Qeysər xanım Kaşiyevanıın yaradıcılığı müxtəlif janrlarda çəkilmiş əsərlərlə zəngindir.
Yaradıcılığının ilk dövründə Qeysər xanım Tiflisdə qadın xeyriyyə cəmiyyətlərinin keçirdiyi mədəni tədbirlər üçün afişa və məramnamələr tərtib etmişdir.
Qeysər Kaşiyeva təsviri sənətin rəngkarlıq və qrafika sahəsində fəaliyyət göstərmişdir. O, sənətin sirlərinə dünyaya göz açdığı Tiflisdə, Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin nəzdindəki rəssamlıq studiyasında (1907–1908) yiyələnmişdir.
1907–1915 illərdə onun kömür, tuş, sulu və yağlı boya ilə çəkdiyi əsərlərin arasında “Ziyalı qadın”, “Qoca keşıkçi”, “Gürcü qızı”, “Ovçu”, “Yanğınsöndürən”, “Qoqolun portreti”, “Azərbaycan ziyalısı”, “Küpagirən qarı”, “İ. Qonçarovun portreti”, “Azərbaycan ziyalısı”, “Göl sahili” və s. realizm ənənələrinə tapınan əsərləri özünəməxsus icra sənətkarlığı ilə seçilir.
1918-ci ilin sonlarında müstəqil Azərbaycan Demokratik Respublikası yaradıldıqdan sonra Bakıya gəlmiş, gənc respublikanın mədəni həyatında iştirak etmiş, qadınlar arasında maarifçilik fəaliyyətilə məşğul olmuşdur. Onun sulu və yağlı boya ilə çəkdiyi əsərlərin arasında “Ziyalı qadın”, “Qoca keşıkçi”, “Gürcü qızı”, “Ovçu”, “Yanğınsöndürən”, “Qoqolun portreti” və s. realizm ənənələrinə tapınan əsərləri özünəməxsus icra sənətkarlığı ilə seçilir.
Sovet hakimiyyəti illərində Əli Bayramov adına qadınlar klubunda çalışmış, “Şərq qadını” jurnalına (1923–1938-ci illərdə Bakıda çap olunmuşdur) illyustrasiyalar da çəkmişdir.
Həyatı:
Qeysər Kaşiyevanın həyatı da çox ağır olmuşdur. Tiflisdə yaradılmış Qadın Xeyriyyə Cəmiyyətinin tədbirlərindən birində Qeysər Kaşiyeva Azərbaycan Xalq Çümhuriyyətinin görkəmli hərbiçilərindən olan general Şirin bəy Kəsəmənli ilə tanış olmuşdur.
Şirin bəy Qazax bəylərindən Çingiz bəyin oğlu idi. Tiflisdə hərbi gimnaziyada təhsil almış, bir müddət yüngül süvari alayında qulluq etmişdir. Daha sonra cütlük ailə həyatı qurmuş və bu evlilikdən onların Leyla adlı qız övladı dünyaya gəlmişdir.
Şirin bəyin ailəsi bu nikahı qəbul etmirdi.
4 il sonra döyüş meydanlnda yaralanan Şirin bəy həlak olur.
Qızıyla tək qalan Qeysər Kaşiyeva Bakıya qayıtmağa məcbur olur. Paltar tikərək, müəllimlik edərək pul qazanır. Azərbaycanln ilk qadın jurnalı “Şərq qadını” üçün illüstrasiyalar çəkir.
1930-cu ildə Qeysər xanım ikinci dəfə, partiya işçisi Zülfüqar Seyidbəyli ilə ailə həyatı qurur. Önun daha bir qızı – Lamiyə dünyaya gəlir. lakin onun bu evliliyi də uzun sürmür. Zülfüqar bəy siyasi səbəblərə görə 1938-ci ildə həbs edilir.
8 il sonra Z. Seyidbəyli repressiyaya məruz qalaraq güllələnir. Qeysər xanım da “Xalq düşməninin arvadı” kimi həbs olunur.
Bir müddət sonra bıraət alır və 1950-ci ildə yenidən Azərbaycana qayıda bilir.
Ömrünün sonuna kimi gözəl sənət əsərləri yaradan Qeysər Seyfulla qızı Kaşiyeva 1972-ci il aprel ayının 17-də Bakı şəhərində vəfat etmişdir.
Son söz yerinə:
Otuzuncu illərdə ərinin “xalq düşməni” kimi güllələnməsindən sonra, özünün də həbs olunaraq sürgünə göndərilməsi onun zəngin bədii irsinin itib-batmasına səbəb olmuşdur. Qeysər xanım Kaşiyevanın bizim dövrə gəlib çatan şəxsi əşya və bəzi eskizlər Milli Azərbaycan Tarixi Muzeyində, rəsm albomları Azərbaycan Dövlət İncəsənət Muzeyində saxlanılır.
yazı görseli olabilir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir