Jurnalist, yazıçı, ictimai xadim Evez Zeynalli xərçəng xəstəsidir. Ağır dönəmdən keçir. Dağ kimi adam gözümüzün önündə əriyir. Kimya terapiya ala-ala müalicəsi üçün kitablarını satıb pul toplayır. Ləyaqətlə, mətanətlə xəstəliyə qarşı mübarizə aparır. Neftlə zəngin Azərbaycan, milyonlarla Orta Şərq ölkəsi qaçqınına yardım edən Türkiyə təəssüf ki, bir ziyalının, iki övlad atasının müalicəsini dəstəkləmir. Əvəzin ümidi xalqıdır. Dostluğumda çoxlu xaricdə yaşayan azərbaycanlı var. 20-30-50-100 manat çoxu üçün ciddi məbləğ deyil. Sizə demirəm ki, yardım edin. Deyirəm ki, Əvəzin kitab marafonuna dəstək olun. Onun kartına pul göndərin kitabları yaxınlarınıza yollasın, imkanı olmayanlara sizin adınızdan versin. Adam göz önündə əriyir. Vicdanınız, mərhəmətiniz və imkanınız varsa, bunu oxuyub yan keçməzsiniz. Yoxdursa, onsuz da sizə nəsə yazmağın əhəmiyyəti yoxdur.
Əvəzin kart hesabını paylaşıram. Profili də paylaşımda işarələnib. Özüylə əlaqə saxlayın, dəstək olun, adamı ölməyə qoymayaq!…
4169 7388 1844 0400
Avaz Zeynalov, Kapitalbank
MARAFON BİTDİ – 25-26 APREL 2026-CI İLDƏ YENƏ MARAFON OLACAQ!
3 gün davam edən kitab marafonumuz bitdi. Qatılan hər kəsə salam olsun! Bu gün gerçək bir izdiham yaşandı, bu Millət o qədər möhtəşəmdir ki…
Marafondan sonra o qədər reaksiya və tələb gəldi ki, gələn həftənin şənbə-bazar günləri də marafonu təkrarlamağa qərar verdik.
25-26 aprel 2026-cı ildə saat 12.00-17.00 aralığında yenə marafonumuz olacaq. Var olun!
SİZİ SEVİRƏM!




