Azərbaycanı işğal edən general Sisyanova ucaldılan heykəl

Tarix
Bakıda bir zamanlar mövcud olmuş rus qaniçəni, Azərbaycanı işğal edən general Sisyanova ucaldılan heykəl.
Pavel Sisianov — gürcü əsilli rus generalı, Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı idi. Bakını işğal edən zaman buranı mühasirəyə alır. Lakın Bakı xanı və ətrafı tərəfdən general öldürülür və başı kəsilir. Sisianova nifrət o qədər böyük idi ki, onun başsız bədənini Qoşa Qala qapısının düz önündə quyuya basdırılır ki, hər gedən-gələn şəhərə onu meyidini
ayaqlayaraq keçsin.
1806-cı il oktyabrın 6-da Bakı Rusiyaya birləşdirilməsi barədə müqavilə imzalanmışdır. Bu zaman ruslar Bakı xanı tərəfindən öldürülüb başı kəsilən general Sisyanovun basdırıldığı yerdə heykəl düzəltdilər. Həmin heykəlin ətrafında qoruqçu belə dururdu.
Sonralar, Bakını işğal edəndən sonra 1812-ci ildə ruslar Sisianovun qəbrini bu yerdən Tiflisə köçürürlər.
Lakin 1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan edib, həmin ilin sentyabrında Bakını azad etdikdən sonra Cümhuriyyət rəhbərləri tərəfindən Sisyanovun heykəli götürüldü.
1920-ci ildə Bakı yenidən ruslar tərəfindən işğal olundu. 1922-23-cü illərədək indiki Azərnəşr binasının yerində Bakının varlı ermənilərindən olan Tomas Ayvazovun pulu ilə yenidən Sisyanovun xatirəsinə Üçbucaq şəklində olan obelisk tikilir. Obeliskin üstündə lüləsi aşağı dikilmiş tüfəng və ucu aşağı tərəf tuşlanmış xəncər həkk olunmuşdu.

Abidənin üstündə bir tərəfdə “Obelisk 1846-cı ildə knyaz Mixail Semyonoviç Voronsovun canişinliyi dövründə açılmışdır”, o biri tərəfində isə “Vətəndaş Tomas Ayvazovun səyi və ianəsi ilə” sözləri yazılmışdı. 1923-cü ildə Bakıda “İsmailiyyə”nin yanında Sabirə heykəl qoyularkən bu obelisk dağıdılmış və daşlarından istifadə edilmişdi.

MUASİRMEDİA.AZ

Prof. Dr. Zaur Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir