İsmət İsmayıl oğlu Qayıbov Azərbaycan xalqının yaddaşında mərd, qətiyyətli və vətəninə sadiq dövlət xadimi kimi yaşayır. O, həyatını qanunun keşiyində dayanmağa, dövlətçiliyə və xalqına xidmət etməyə həsr etmişdir.
1942-ci ildə Gəncə şəhərində anadan olan İsmət Qayıbov hüquq təhsili alaraq prokurorluq orqanlarında böyük nüfuz qazanmışdır. Onun peşəkarlığı, ədalətə sadiqliyi və prinsipial mövqeyi onu Azərbaycanın ilk Baş prokuroru vəzifəsinə yüksəltmişdir.
Qarabağ münaqişəsinin ağır günlərində dövlət maraqlarını qətiyyətlə müdafiə edən İsmət Qayıbov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizənin ön sıralarında olmuşdur. 20 noyabr 1991-ci ildə Qarakənd faciəsində şəhid olaraq adını Azərbaycanın qəhrəmanlıq salnaməsinə yazdırmışdır.
Onun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, vətənə sədaqət nümunəsi kimi gələcək nəsillərə örnək olacaqdır.
Ruhu şad olsun!

MUASİRMEDİA.AZ
HACI RAMİL BƏDƏLOV
HACI RAMİL BƏDƏLOV
