Bolqarıstanda tarix yazıldı: İliyana Yotova ölkənin ilk seçilmiş qadın prezidenti oldu

Dünya

Bolqarıstanda keçirilən prezident seçkilərinin ikinci turunda İliyana Yotova qələbə qazanaraq ölkənin ilk seçilmiş qadın prezidenti olub.

Seçki nəticələrinə əsasən, Yotova 57,6 faiz, rəqibi Andrey Gyurov isə 39,5 faiz səs toplayıb.

Bu nəticə Bolqarıstanın siyasi tarixində mühüm hadisə kimi qiymətləndirilir. Qadının prezident seçilməsi ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı hesab olunur.

Yotova qələbəsindən sonra milli həmrəyliyin, siyasi dialoqun və dövlət institutlarının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Lakin yeni prezidentin qarşısında asan vəzifələr dayanmır. Bolqarıstan Avropa İttifaqı daxilindəki mövqeyini qorumaq, iqtisadi problemləri həll etmək və Rusiya ilə münasibətlər məsələsində siyasi balans yaratmaq kimi çətinliklərlə üzləşir.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir