İran və ABŞ arasında davam edən qarşıdurma dünya gündəminin əsas mövzularından birinə çevrilib. Hörmüz boğazında tankerlərin zədələnməsi və yanğın xəbərləri beynəlxalq enerji bazarlarında narahatlığı artırıb.
Məlumatlara görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu iki neft tankerinin mina ilə toqquşduqdan sonra yanmağa başladığını bildirib.
ABŞ Prezidenti Donald Tramp isə İranla razılaşma əldə olunmayacağı təqdirdə yeni addımların atıla biləcəyini bəyan edib.
Hörmüz boğazı dünya enerji ticarəti üçün strateji əhəmiyyətə malikdir. Bu ərazidə təhlükəsizliyin pozulması neft daşımalarına, enerji qiymətlərinə və qlobal iqtisadiyyata təsir göstərə bilər.
Hazırda əsas narahatlıq qarşıdurmanın daha geniş müharibəyə çevrilməsi ehtimalıdır.
MM.AZ
