65 yaşlı Biləsuvar rayon sakini Fəqani Məmmədovun yaşadığı həyətində diqqət çəkən heykəl var. Bəs bu heykəl Fəqani Məmmədovun həyətinə necə gəlib çıxıb? Elə bu sualla Biləsuvar rayonunun Alı Mustafayev küçəsinə yollandıq. Getdiyimiz ünvan ilk baxışdan sanki hansısa güllü – çiçəkli parkı xatırladır. Giriş hissəsədə qoyulan heykəlin ətrafındakı güllər həyət sahibinin gözəllik vurğunu olmasından xəbəbr verirdi.Gəlişimizə sevinən müsahibimiz heykəlin qısa tarixçəsindən danışdı.. “Bir müəssənin həyətinə girəndə atılmış məişət tullantılarının yanından keçirdim, təsadüfən orda nəsə qeyri – adi mənə maraqlı gəldi. Gedib həmin yeri təmizlədim və oradan atılmış Ana heykəlini gördüm”. Fəqani Məmmədov deyir ki, bu heykəlin bərpa edilib hansısa parka qoyulmasını təklif etsəmdə, səsinə səs verən tapılmadı. Sonda sənət əsərinə heyfi gələn Fəqani kişi onu öz həyətinə gətirməli olub. Atılmış heykəlin qopmuş bir neçə hissəsini bərpa etmək istəsə də bu fikirindən daşınıb. Deyir ki, bu işi peşəkar heykəltaraşlara həvalə etmək daha düzgün olar.. Müsahibimizin sözlərinə görə heykəlin ən azından 60 il yaşı var. Sənət əsəri olmaqla yanaşı həm də Ana adına hörmət əlaməti olaraq bu heykəlin bərpası bizim üçün vacibdir.. Mütəxəsislər də belə heykəllərin çox olmasını və onların qorunmasına ehtiyac olduğunu söyləyirlə.
MuasirMedia.az
Yaqub Mehdioğlu Biləsuvar
Yaqub Mehdioğlu Biləsuvar