Salyan sakininin təsərrüfatında qeyri – adi buzov doğulub. Yeni doğulan buzovu digərlərindən fərqləndirən cəhət onun alın hisəsində ərəbcə yazıya oxşayan işarələrin olmasıdır. Uzun illərdir mal – qara saxlayan rayon sakini ilk dəfədir ki, bu cür hadisə ilə üzləşdiyini deyir. Təsərrüfat sahibinin sözlərinə görə artıq yeni doğulan buzov sakinlərin marağına səbəb olub. Hətda buzovu yaxından görmək üçün gələnlər də var. Təsərrüfat sahibi deyir ki, “buzovun alnındakı yazıya oxşayan işarənin mənasını öyrənməkdən ötəri şəklini çəkərək tanıdığım ilahiyatçıya da göndərdim ki, fikrini bildirsin. O da dedi ki, bu “Allah” sözünə oxşayır.. Sonra başqa din xadimləri də baxdılar və eyni sözü söylədilər”.. Bir çox ilahiyyatçılar isə deyir ki, insanlar zaman zaman heyvanlar üzərindəki işarələri, eləcə də səmada buludların düzülüşünü, dağ yamaclarındakı qayaların düzülüşünü də söz yazılışına bənzədirlər. Onların sözünə görə buzovun almnındakı işarə hansısa sözün yazılışına bənzəyə bilər, amma bu o demək deyil ki, orada “Allah” sözü yazılıb. İlahiyyatçılar Allahın möcüzələrinin olduğunu inkar etmirlər, lakin buzovun alnındakı işarənin bir mənalı olaraq bənzətmə olduğunu vurğulayırlar..
MuasirMedia.az
Yaqub Mehdioğlu Salyan
Yaqub Mehdioğlu Salyan