İranda vertolyot qəzasında həlak olan prezidenti İbrahim Rəisinin Məhəmməd peyğəmbər nəslinə bağlılığı barədə fikirlər var. Rəisinin atası dini xadim və Məhəmməd Peyğəmbərin şəcərəsindən idi, yəni seyid hesab edilirdi. İranda belə nəsillər xüsusi hörmətlə qəbul edilir.
64 yaşlı Rəisinin həyat yoldaşı 59 yaşlı Cəmilə Sədat Alamolhoda İranda alim və yazardır.
Alamolhoda tarixdə ən məşhur dini liderlərdən olan Məşhəd imanı Əhməd Xorasaninin qızıdır.
Onların bu nikahdan 2 qızı, 2 nəvəsi var. Rəisinin oğlu olmayıb.
Rəisinin arvadı Tehran universitetinin dosentidir, eləcə də Fundamental Elm və Texnika Tədqiqat İnstitutunun əməkdaşıdır.
Qızlarından biri Tehran Texnoloji universitetini, digəri Tehran universitetini bitirib.
2021-ci ildə Rəisi dünyanın 100 ən nüfuzlu adamı siyahısına daxil edilib.
Rəisinin şəxsi sosial şəbəkə səhifələri var idi və özü paylaşımlar edirdi.
MM.AZ