16 milyon istanbullunun səsi ilə seçilmiş İstanbul Böyük Şəhər Bələdiyyəsinin Başqanı, CHP-nin prezidentliyə namizədi Əkrəm İmamoğlunun saxlanması Türkiyə demokratiyası adına çox üzücü olaydır.
Bu hadisə təkcə Türkiyə toplumunun içində gərginliyi və qütbləşməni artıqmayacaq, eyni zamanda Türkiyənin Avropa ilə yaxınlaşması yönündə açılan yeni perspektivlərin sual altına düşməsi baxımından da kədərlidir. Türkiyə iqtisadiyyatı, təəssüf ki, artıq bu olaya mənfi reaksiya verməyə başlayıb.
Çox ümid edirəm ki, qardaş dövlət iç və dış konfrontasiyanı dərinləşdirmədən bu problemi həll etməyi bacaracaq, Türkiyə demokratiyası və ölkənin beynəlxalq imici zədələnməyəcək.
MUASIRMEDIA.AZ