Əkrəm İmamoğlunun həbsinə nə AKP-nin, nə cənab Ərdoğanın heç bir aidiyyatı yoxdur

Siyasət
Bu və ya digər hadisəyə münasibətdə fikir yürüdərkən, təbii ki, hər birimiz müxtəlif açıq mənbələrə istinad edir, fikirlərimizi də həmin mənbələrin təhlili əsasında yürüdürük. Mənim istinad etdiyim mənbələr indiyə qədər yazmış olduqlarımı tam əminliklə təkrar etməyə əsas verir.
Nə yazmışdım?
1. Əkrəm İmamoğlunun həbsinə nə AKP-nin, nə cənab Ərdoğanın heç bir aidiyyatı yoxdur. Çünki mediaya ötürülən və prokurluğa verilən ifadələrin müəlliflərinin istisnasız olaraq hamısı CHP üzvləridir.
2. CHP daxilində ciddi quruplaşmalar və çatlar yaranıb. Quruplaşmalar bir-birini sıradan çıxartmaq üçün mediaya və prokurorluğa ifşaedici materiallar göndərirlər.
3. İfşaedici materiallardan bir qismi İmamoğluya qarşı olan Mənsur Yavaş tətəfdarları tərəfindən, digər qismi isə hazırki başqan Özügür Özelə qarşı olan əski başqan Kılıcdaroğlu tərəfdarları tərəfindən dövriyyəyə daxil edilib.
Bu fikirlərimin həqiqət olduğu təsdiqini tapmaqdadır. Belə ki, CHP daxilində yaranmış qarşıdurma bu partiyanı qurultaya getməyə və münasibətləri qurultayda müəyyənləşdirməyə məcbur edir. Yayılan xəbərlərə görə, CHP-nin fövqaladə qurultayının keçirilməsi barədə qərar alınacaq və ya da artıq alınıb.
Qurultayda Kılıcdaroğlunun başqanlığa namizədliyinin yenidən irəli sürüləcəyi söylənilir. İddialara görə, Mənsur Yavaş da başqanlıq uğrunda mübarizəyə girişəcək. Hərçənd ki, bu hələlik sadəcə iddiadır, doğru olub-olmadığını bilmirəm. Amma Qurultayın olacağı və Kılıcdaroğlunun namizədliyinin irəli sürüləcəyi dəqiqdir.
Beləliklə, baş verənlər AKP və cənab Ərdoğan üçün qətiyyən heç bir təhlükə yaratmır. Təhlükə içinə düşən CHP-dir və qurultaydan sonra onun əsaslı şəkildə parçalanacağı istisna edilməməlidir…
Baxın, kamalizm çökür və mütləq tarix səhnəsini tərk etməlidir. Artıq tərk etmək ərəfəsindədir…
İndi məni ən çox maraqlanan əsas sual budur: Mənsur Yavaşın taleyi necə olacaq?
Daha bir suala da cavab axtarıram. İstanbulda məlum gərginliyin yaşandığı sırada Güney Azərbaycanın Urmiya şəhərində də möhtəşəm bir ayaqlanma baş verməkdəydi. Azərbaycan müxalifəti onu görməzdən gəldi. “Zəhərini” İranın üzərinə deyil, məhz Türkiyənin üzərinə tökdü və tökməkdə də davam edir. Niyə?
P.S. Dəqiqləşdi. CHP qurultaya gedəcək və Kılıcdaroğlunun öz namizədliyini irəli sürəcəyi xəbəri təsdiqini tapdı.

MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir