B U GÜN HAFİZ PAŞAYEVİN doğum günüdür.

Cəmiyyət
Bu gün diplomat, ADA Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, görkəmli ədibimiz Mir Cəlal Paşayev yadigarı HAFİZ PAŞAYEVİN doğum günüdür.
O, 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olmuşdur. 1963 – Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirmişdir. 1964–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmışdır. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirmişdir.
1971–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olmuşdur. 1984-cü ildə Doktorluq dissertasiyasını müdafiə etmiş, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Mən bir fəal şagird və gənc yazar kimi Hafiz müəllimi ürəkdən təbrik edirəm.Ona uzun ömür və can sağlığı arzu edirəm!
Nə vaxtsa hörmətli Hafiz müəllimlə görüşəcəyimə və müəllifi olduğum kitablarımı ona hədiyyə etmək arzumun gerçəkləşəcəyinə inanıram.

MUASİRMEDİA.AZ
SEVİNDİK NESİB OĞLU
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir