15 may 1944-ci il tarixində Azərbaycanın görkəmli rejissoru, ssenaristi və aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2018), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986),Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüçüsü (2021-ci ildən) Əbdül Mahmudovun doğum günüdür.
Xalqın məhəbbətini və inamını qazanmaq böyük bir şərtdir. Siz xalqımızın sevgisini qazanmısınız. Dünyanın ən nurlu adamı, yerə-göyə sığmayam adamı, ürək adamı, eşq adamı Əbdül müəllim öz yaradıcılığı və ictimai fəaliyyəti ilə milli kinomuzun inkişafında əvəzsiz rolu olan şəxsiyyətdir.
Siz doğmalarının, yaxın dostlarının sevgisini qazanan bir şəxsiyyət kimi ali məqama qədər yüksəldiniz.
Əbdül müəllim həm də cox həssas bir adamdır. Başqasının xırda bir narahatlığına diqqət yetirəcək böyük ürəyi var.
Sizi bir daha ürəkdən təbrik edir, ömrünüzün bu kamillik çağında Sizə uzun ömür, can sağlığı, uğurlar diləyirəm!
Hörmətlə, Nadir Əzməmmədov.
MUASİRMEDİA.AZ