Məqaləyə dahi şairimiz Bəxtiyar Vahabzadənin sözləri ilə başlamaq istəyirəm :
Qorxuram dünyada bir zaman gələ,
İnsanlar yaşaya, insanlıq ölə.
Bəlkə də elə indi biz həmin dünyada yaşayırıq. Həqiqətəndə insanlar yaşasa da insanlıq ölüb. Mən bu sözləri boş yerə demirəm. Son zamanlar yaşananlar və eşitdikləri dən deyirəm. Aytac adlı bir qızın öldürülməsi və Elgünün öldürülməsi bir daha sübut etdi ki həqiqətən də insanlar qorxulu məxluqlardır. Tam xatırlaya bilmirəm müdriklərdən biri belə bir söz deyib: Mən meşədəki vəhşi heyvanlar içərisində yaşamaqdan deyil bu dünyada insanlar içində yaşamaqdan qorxuram. Həqiqətəndə elədir bəlkə də meşədə yaşayan heyvanlar biz insanlardan daha mərhəmətlidir. Ən azından onlar öz balalarını öldürürlər yaşadırlar. Sən ona toxunmasan sənə toxunmaz heyvan belə insandan mərhəmətlidir. İndisə gələk Elgün adlı bir gənc oğlanın vəhşicəsinə döyülərək öldürülməsinə. Bəlkə də çoxları bu cür vəhşilikləri erməni cəlladlarının Xocalıda etdiklərini xatırlayır. Amma bu dəfə bu vəhşiliyi törədən erməni yox məhz özümüzünkilərdi. Gözəl bir atalar sözü var bizə düşmən lazım deyil biz özümüz özümüzə düşmənik. Bilmirəm bu vəhşiliyi törədənlərə nə deyim faşistmi, vəhşimi, cəlladmı yoxsa insanmı deyim. Sadəcə bir söz deyəcəm Elgün üçün susma…. Çünki bu cəmiyyətdə bizimdə övladlarımız böyüyür. Bu cür hadisə sabah onlarında başına gələ bilər. Məni bir sual düşündürür görəsən bunu edən insanların valideynləri nə düşünür? Niyə öz övladlarını cəzalandırmırlar yada onları təslim etmirlər ki, qanun onları cəzalandırsın. Yaxud da bu vəhşiliyi törədənlər gecələr necə rahat yata bilirlər. Yaxşı bəs bu hadisəni bilənlər niyə susurlar axı , nədən qorxurlar ki, qorxurlar ki danışsalar onların başlarına gələn bilər. Atalarımızın gözəl bir sözü var qorxan gözə çöp düşər. Qorxmaq yox o caniləri ədalətə təslim etmək lazımdır ki, sabah bu cür hadisə başqasının övladının başına gəlməsin. Deyirlər günah öləndir, amma mən elə zənn etmirəm ki, bu hadisədə Elgün bir günahı olsun lap olsa belə bu onun bu cür vəhşicəsinə öldürülməsinə dəlalət etmir. Elgün səngərdə düşmən gülləsi ilə şəhid olmayıb ki yaylım atəşi açılsın sonrada deyilsin ki Vətən başın sağolsun. Yada Elgün öz əcəli ilə ölməyib ki, deyək ki, təqdiri ilahidir. Elgün vəhşilər tərəfindən vəhşicəsinə öldürülüb. Buna susmaq lazım deyil əksinə bunu hayqırmaq və cinayətkarları tapıb cəzalandırmaq lazımdır. Bəlkə yenidən edam hökmünü bərpa edib onları edam etmək lazımdır. Çünki o vəhşilərin cəzası ömürlük həbs deyil. Səndə Elgün üçün susma… Susma ki bu cür cinayətlərin sayı artmasın… Susma ki başqasının övladının başına gəlməsin….. Elgün üçün susma… Elgün üçün susma…..
MUASİRMEDİA.AZ
Yazar: Ənvər Məmmədov.