İlk azərbaycanlı alim-cərrah Mir Əsədulla Mirqasımovun anım günüdür.

Səhiyyə

İlk azərbaycanlı alim-cərrah, ilk tibb elmləri doktorumuz Mir Əsədulla Mirqasımovun (1883-1958) anım günüdür.
Azərbaycanda müasir tibb təhsilinin və elminin banilərindəndir. 1928-ci ildə monoqrafiya çap etdirib və bununla da ilk azərbaycanlı alim-cərrah adına yiyələnir, tibbi cərrahiyyə elmi məktəbinin əsasını qoyur. Azərbaycan SSR EA-nın və Tibb İnstitutunun təşkilatçılarından biri olub. Azərbaycanda tibbi cərrahiyə elmi məktəbinin təşkilatçısıdır.6 monoqrafiya və dərsliyi, 50 elmi əsəri nəşr olunub.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir