“Əkinçi” qəzeti fəaliyyət göstərdiyi iki il (1875-ci ilin 22 iyul-1877-ci ilin 29 sentyabr)

Cəmiyyət
“Əkinçi” qəzeti fəaliyyət göstərdiyi iki il (1875-ci ilin 22 iyul-1877-ci ilin 29 sentyabr) müddətində, təkbaşına Azərbaycanda millətləşmə prosesinin aparılmasına ciddi təkan vermiş, xalqın milli və müasir ruhda tərbiyə olunmasında,Azərbaycanın 1918-c ilə gəlib yetişməsində çox böyük rol oynamışdı.Maarifçi və milli demokratik ideyaların carçısı olan “Əkinçi”, realist Azərbaycan ədəbiyyatının inkişafında da müstəsna xidmətlər göstərmişdi.Məhz buna görə də belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi.Ama onun bəhrəsi 1918-ci ildə qurduğumuz Azərbaycan Xalq Cümhuriyyəti oldu deyə bilərik.
150 il əvvəl, 19-cu əsrdə 2 illik fəaliyyəti ilə milli mətbuatın əsasını qoymaqla, bir müstəqil demokratik dövlətin ərsəyə gəlməsini tək başına bacarmış “Əkinçi”miz olub, Həsən Zərdabimiz yaşayıb. Lakin indi, hazır müstəqil dövlətdə, 30 ilə yaxın fəaliyyət göstərən,özlərini Həsən bəy Zərdabinin davamçıları hesab edən,21-ci əsrdə yaşayan yüzlərlə qəzet, minlərlə qəzetçi,xalqı demokratiik yöndə maarifləndirməyi, xalqı milli və müasir ruhda tərbiyə etməyi,xalqın əleyhinə fəaliyyət göstərən 25 illik avtoritar rejimi dəyişməyi bacarmır və bu istiqamətdə fəaliyyət də göstərmir. Əksinə,antixalq rejimin yaşamasına yardımçı olur, rejim sahiblərindən mükafatlar alır,rejimin fəaliyyətini təqdir edirlər,bu iyrənc rejimin köklənib yaşamasına xidmət göstərirlər.
“Əkinçi” xalqımızın üz ağlığı,mövcud mətbuatımız isə xalqımızın üz qarasıdır….
Heç dostlar da inciməsin, bu bizim gerçəklərimiz və faciəmizdir..
Allah Nəcəf bəy Nəcəfova,Ağamalı Sadiqə,Eldar Baxışa rəhmət eləsin !
P.S.Baxdım ki, Azərbaycan mətbuatında müsbətə doğru heç bir dəyişiklik yoxdu, irəliləyiş yox, gerilik var, köhnə arzu və istəklərimi yenidən gündəmə gətirmək məcburyiyyətində qaldım…(( :
Aydın Şükür
22 İyul 2016 ·
Həsən bəy Zərdabi , cəmiyyətdə xoşagəlməz halların olmaması, insan azadlığının olması uğrunda mücadilə aparmaq üçün mətbuat yaratmışdı və bu sahəyə maddi qazanc kimi baxmamışdı..Müasir mətbuatımızın əksəriyyəti isə, cəmiyyətin ruhunu korlayan xoşagəlməzlikləri qabartmaqdan, məmurlara məddahlıq etməkdən,insan azadlığına zərbə vuran “şok” lardan qazanc əldə etmək məqsədi ilə təsis edir və mətbuat sahəsinə qazanclı biznes sahəsi kimi baxır.Millətin, Vətənin, Dövlətin mənafeyini , şəxsi mənafeyindən üstün tutan milli mətbuat fədakarlarına eşq olsun !
Aydın Şükür
22 İyul 2016 ·
Allahdan, sizlərə Həsən bəy Zərdabi zehniyyəti, idrakı və əxlaqı diləyirəm.! Azad vətəndaşı, azad cəmiyyəti olmayan ölkənin, azad mətbuatı da olmaz. Mətbuatın cəmiyyətdə ictimai şüuru yanlış istiqamətə yönəltməsi xəyanət,azad vətəndaş cəmiyyətinin yetişməsinə göstərdiyi xidmət, fədakarlıqdı. Azərbaycanda milli mətbuatın yaranması günü münasibəti ilə, fədakar mətbuat işçilərimizə, can sağlığı və uğurlar arzu edirəm !
MUASİRMEDİA.AZ

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir