Havaların isti keçməsi bir çox insanın çimərliklərə üz tutmasına səbəb olub.
Paytaxtla yanaşı, bölgələrdəki çimərliklər də bu günlərdə xeyli canlanıb. Görüntülər Neftçala rayonunun Şirvanlı kəndindən, yerli sakinlərin “Müşviq çimərliyi” adlandırdığı sahildəndir. Dənizin suyu təmiz, sahil qumlu, hava isə olduqca xoşdur. İstirahətə gələnlər üçün bisetkalar da quraşdırılıb – bir masa və altı stulun icarəsi 15 manatdır. Amma qeyd edək ki, bu xidmət heç bir rəsmi qəbz təqdim olunmadan göstərilir. Lakin bu gözəlliyin fonunda narahatedici bir mənzərə də var – ərazi məişət tullantıları ilə zibillənib. Zibilin əsasən istirahətə gələnlər tərəfindən atıldığı aydındır. Amma burada “yer haqqı” yığan şəxslərin təmizliyə nəzarət etməməsi suallar doğurur. Güman edirik ki, aidiyyəti qurumlar bu vəziyyətə biganə qalmayacaq və zəruri tədbirlər görüləcək. MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU