Deyilənə görə, bir dəfə ondan soruşurlar ki, necə olub ki, o Qafqazın bu qədər müxtəlif dilli millətlərini öz ətrafında birləşdirə bilib, belə hörməti necə qazanıb? Şamil cavab verib ki, buna görə həyat yoldaşına borcludur. Bütün Qafqaz və Rusiya üçün sağlığında kişilik simvolu olan, qəhrəmanlığı, sərtliyi və ədaləti ilə dillər əzbəri olan müsəlman dini və hərbi liderindən belə cavabı gözləməyən ruslar təəccüblə bir-birinə baxaraq, başa düşmədiklərini bildiriblər. Şamil hamımız, xüsusən də gənc qadınlar üçün çox ibrətamiz ola biləcək aşağıdakı sözlərlə cavabını izah edib:
– Hər dəfə evə gələndə və evdən gedəndə xanımım məni ayaq üstə qarşılar və yola salardı… Xanımım bir kişiyə layiq olan bütün hörməti mənə göstərərdi. Mən ovdan qayıdarkən xanımım məni küçəmizin başında gözləyərdi. Məni atdan endirər, atın cilovundan tutaraq evə aparardı.
Uşaqlarım analarına baxıb, mənə hörmət etməyə başladılar. Qonşular ailəmin mənə hörmət etdiyini görüb, bu hörməti saxladılar. Aulumuz qonşulara baxıb, hörmətimi saxladı. Qonşu aullar bizim aula baxıb, hörmətimi saxladılar. Bütün Qafqaz xalqları millətimə baxıb, mənim hörmətimi saxladılar.
P.S.Kişinin öz övladı üçün edə biləcəyi ən yaxşı şey onun anasını sevməkdir, qadının isə övladı üçün edə biləcəyi ən yaxşı şey ona atasını sevdirməkdir.
MUASİRMEDİA.AZ
Hikmət Akademiyası