Rusiya dövləti adından onun xarici işlər naziri Sergey Lavrov qəribə bəyanat yayıb.

Dünya
Rusiya dövləti adından onun xarici işlər naziri Sergey Lavrov qəribə bəyanat yayıb.
Bildirib ki, Ukrayna münaqişəsinin həllində, təhlükəsizlik təminatları məsələsi, Rusiya maraqları nəzərə alınmaqla həll edilməlidir və üstəlik də Rusiya bu məsələ həllində Rusiya da iştirak etməlidir.
Görək, burada nə məntiq ortaya çıxır? Ukrayna təhlükəsizliyinə zəmanət, təminat, Ukraynanın müdafiəsi üçündür ki, tərəfkeş qərb ölkələri də yığışıb bu mühüm və böyük işi təşkil edirlər. Bu təhlükəsizlik, müdafiə kimdəndir, kimə qarşıdır Təbii, Rusiyadan, onun işğalı, hücumuna qarşı!
Rusiyanın deməsi ilə nə absurdluq çıxır ortaya, məntiq əvəzində? Belə çıxır ki, mən Ukraynaya həm hücum edim, dağıdım-qırım, həm də onun müdafiəsində iştirak edim! Belə şeyə dünyada, tarixdə rast gəlinibmi? Bu, ya ələ salmaqdır, bu Ukraynanı, Qərbi, dünyanı, ya da ağıldan kəmlik.
Təbii ki, bu bəyanat Lavrovun sözü deyil, onun tabe olduğu çökmüş və məntiq, reallığı itirmiş beynin absurd məhsuludur ki, gecə yatıb səhər durub da ağlına gələni Lavrova dedizdirir. Belə çıxır, belə ağır defektli beyin Rusiya kimi böyük ölkəni çökdürüb, iliyini vurmasa, əl çəkən deyil.
MM.AZ