“Konstitusiya və Suverenlik İli” çərçivəsində Beyləqan rayonunda abadlıq və səliqə-sahman tədbirləri davam etdirilir. Bu istiqamətdə Beyləqan şəhəri şəhid Siyahim Dəmirov və Şəhid Famil Həsənzadə küçələrində müvafiq işlər icra olunub.
Aparılan tədbirlər nəticəsində küçələr boyunca ərazi məişət tullantılarından təmizlənmiş, mövcud yaşıllıq zolaqlarına qulluq göstərilmiş və ümumi təmizlik işləri aparılmışdır. Görülən işlər rayon mühitinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, həmçinin əhalinin rahat və səliqəli yaşayış şəraitinin qorunmasına xidmət edir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır və qarşıya qoyulan əsas məqsəd rayonun ictimai-məkan infrastrukturunun müasir tələblərə uyğun saxlanılmasıdır.





MM.AZ