Qanunsuz silah gizli təhlükədir-DİN

Cəmiyyət
Qanunsuz silahı təhvil verməklə həm özünüzü, həm də başqalarını qorumuş olursunuz.
Hər bir patron və ya silah potensial təhlükədir. Buna görə də Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirir.
___
Sentyabrın 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 5 tapança, 8 qumbara, 1 alışdırıcı, 1 tüfəng, 25 patron darağı və 2217 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
___
Lakin ən təsirli addım, vətəndaşların qanunsuz silahı könüllü təhvil verməsi məsuliyyətli davranışıdır.
MM.AZ