Qurbanov Ramil Sudeyif oğlu 1987-ci il, yanvar ayının 6 – da Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub.
O və əkiz qardaşı Amil Qurbanov eyni həyat yolunu gediblər. Onlar eyni məktəbdə, eyni sinifdə təhsil alıblar. Hələ uşaq yaşlarından vətənpərvərliyi ilə seçilən Ramil böyüyəndə hərbçi olmaq arzusu ilə yaşayıb. O, həqiqi hərbi xidmətə əkiz qardaşı ilə birlikdə yollanıb. Xidməti dövründə hərbi sirlərə yiyələnən hər iki qardaş çavuş rütbəsi ilə tərxis olunduqdan sonra yenidən ordu sıralarına qayıdaraq hərbçi olurlar. Əkiz qardaşı bir müddətdən sonra mülki işdə çalışmağa başlasa da, Ramil xidmətini davam etdirir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ramil Qurbanov 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb.Ömrünün 12 ilini Vətənin keşiyində dayandı, Vətən torpağı uğrunda son damla qanına qədər döyüşərək sentyabrın 27-də Füzuli rayonu döyüşləri zamanı şəhidlik zirvəsinə ucaldı. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ramil Qurbanov ölümündən sonra “Vətən uğrunda” medalı, Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş və “Cəsur döyüşçü” medalı, ərazilərin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə ölümündən sonra “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib. Qeyd edək ki, şəhid Ramil Qurbanovun iki oğul övladı da ataları kimi hərbiçi olmaq istəyirlər.
youtube.com/watch?v=h9_sCH66r_w&feature=youtu.be
Allah şəhidimizin ruhunu şad, məkanını cənnət eləsin!.
MUASİRMEDİA.AZ
YAQUB MEHDİ OĞLU