Polşa Respublikasının Krakov şəhərində “Qərbi Azərbaycanlıların Ədaləti və Tarixi qayıdışı” adlı tədbir keçirilmişdir.

ölkə

Tədbirdən öncə, 27 sentyabr anım günü və Qərbi Azərbaycandan soydaşlarımızın deportasiya tarixi ilə baglı qısa həcimli film nümayiş olundu.Sonra tədbiri giriş sözü ilə acan. Polşa Respublikasının Krakov şəhərində, Azərbaycan Mədəniyyət mərkəzinin sədri,“Xarı Bülbül” Dünya Azərbaycanlılarının Mədəniyyət Assosiasiyasının sədri, Polşa Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Sedat Şamilli bildirdi ki, 2020-il 27 sentyabrından başlayaraq Azərbaycanın qüdrətli ordusunun gücü ilə, 44 gün ərzində Vətən Müharibəsində parlaq qələbə qazanaraq torpaqlarımızın işğaldan azad edilməsi,Qarabağdan erməni separatizminə son qoyulması və Azərbaycanın milli suverenliyinin bərpa edilməsi tariximizin ən mühüm hadisələrindəndir.Prezident, Ali Baş Komandan Cənab,İlham Əliyevin müdrik rəhbərliyi və qətiyyətlə verdiyi sözün üstündə durması nəticəsində nail olduğumuz bütün bu uğurlar, Vətən müharibəsində və anti-terror tədbirlərində qazandığımız zəfərləri bir daha təsdiq etdi. Sedat Şamilli tədbir iştirakçlarına, Azərbaycandan qonaq gəlimiş,“Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əli-zadəni təqdim edərək bildirdi ki, hörmətli qonagımız Krakovda yaşayan soydaşlarımıza” Qərbi Azərbaycanlıların Ədaləti və Tarixi qayıdışı” layihəsi ilə. baglı tarixi və maraqlı faktlarla cıxış edəçək. Daha sonra cıxış edən,“Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” ictimai birliyinin prezidenti Tofiq Əli-zadə bildirdi ki, “Qərbi Azərbaycanlıların Ədaləti və Tarixi” qayıdışı” layihəsinin həyata keçirilməsi, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Aqentliyinin mailiyə dəstəyi ilə gerçəkləşmişdir. Layihənin məqsədi, son 40 illik bir tarixdə və bu gün artıq sayları 500 minə yaxın olan, indiki Ermənistandan qovulmuş Azərbaycanlılarının doğma yurdlarına tarixi qayıdışı, onların pozulan hüquqlarını bərpa edərək əzəli yurdlarına qayıtmaları və Qərbi Azərbaycanlıların deportasiya tarixləri haqqında tarixi faktlara əsaslanaraq,xarici ölkələrdə yaşayan soydaşlarımıza məlumatlar verməkdir. Daha sonra Tofiq Əli-zadə, Qərbi Azərbaycandan soydaşlarımızın deportasiya tarixindən daha ətraflı və məzmunlu danışaraq bildirdi ki, 1747 ci ildə Azərbaycan sərkərdəsi, Nadir şahın öldürülməsindən sonra,Azərbaycan coxlu sayda xanlıqlara bölündü. və İrəvan xanlıgı da 1747 ci ildə yaranaraq, 1828-ci ilə kimi davam etdi.İrəvan xanlıgının ərazisi 20 min kvadrat km və əhalisi 135 minə yaxın idi. İrəvan xanlıgının ilk Xanı Mirmehdi xan 1747-1751 illərdə, son xanı isə, Hüseynqulu xan 1806-1827-ci illərdə İrəvan xanlığına rəhbərlik etmişlər.T.Əli-zadə qeyd etdi ki,qərbi Azərbaycandan soydaşlarımızın zaman-zaman deportasiyası olunaraq,etnik mənsubiyyətlərinə görə,öz dədə-baba yurdalarından köçürülmələri, əsasən üç mərhələdə ; birinci mərhələ : 1905 –1920 – ci illər; ikinci mərhələ: 1948-1953- ci illər; üçüncü mərhələ: 1988-1992 -ci illərdə aparılmışdır.Qərbi Azərbaycandan soydaşlarımızın deportasiya edilmələrinin səbəblərini araşdırdıqda, görünür ki, 1940 ci illərdən başlayaraq, SSRİ rəhbəri Stalinin və onun sag əli olan erməni daşnakı Mikoyanın (dünya ermənilərinin Böyük Ermənistan dövləti qurmaq xülyaları əsasında) ermənilər ücün, Türkiyənin 6 vilayətində erməni muxtariyətı dövlət qurmaq ideyası var idi.Bunun ücün də,əvvəlcədən dünyanın bir cox ölkələrindən erməniləri bir yerə, Ermənistana toplamaq və onların yerləşdirilməsi ücün, burada yaşayan Azərbaycan türklərini, Azərbaycana deportasiya etmək planları var idi.1948-1952 ci illərdə Ermənistandan soydaşlarımızın deportasiya edilməsi qərar layihəsində yazılırdı ki,Ermənistandan 130 mindən cox Azərbaycanlılar öna görə köçürülür ki, guya Azərbaycanın Kür-Araz ovalıqlarında pambıqçılıg sənayəsini inkişafı etdirmək ücün, coxlu sayda isci qüvvəsinə ehtiyac duyulur və Ermənistandan Azərbaycan Türklərinin köcürülməsinində əsas səbəbi isə,, xaricdən vətən saydıqları Ermənistana gələçək erməniləri, Azərbaycanlıların yaşadıqları evlərlə və həyat yanı sahələri olan evlərdə yerləşdirmək idi. Amma əsilində bu gizli plan layihəsinin əsas məqsədi, yaxın gələcəkdə SSRİ Türkiyəyə hücüm edərsə, Türkiyənin 6 vilayətində erməni muxtariyətı dövləti qurmaq ücün böyük hazırlıqlar gedirdi.Belə ki,Stalinin vəSSRİ-dəki erməni daşnakların rəhbəri olan, Anastas Mikoyanın son məqsədi,Türkiyə SSRİ tərəfindən işgal olundugu zaman, dünya ölkələrindən Ermənistana gətirilən erməniləri,Türkiyənin 6 vilayətində toplum halında yerləşdirilməli idi.1945 ci illərdə Türkiyə cox da güclü dövlət deyildi. Stalin bir cox avropa ölkələrini işgal etdiyi kimi Türkiyəni də işgal edim orada xristiyan qondarma erməni muxtariyatı adlı dövlət də qura bilərdi,. Əgər 1945 ci ildə SSRİ rəhbəri olan Stalinin, Türkiyəyə qarşı işgalcılıq planı baş tutsaydı, Türkiyə böyük fəlakətlərlə üzləşə biləcək və toplum halında Türk torpaqlaına yerşəşdirilmiş erməniləri oradan cıxartmaq mümkün olmayacaq və Türkiyə bu gün kimi güclü dövlət olmaya bilərdi..Cünki ermənilərin arxalarında artıq ,SSRİ kimi nəhət bir dövlət dururdu.Amma xoş təsadüfdən Stalinin Türkiyəyə qarşı olan cirkin və məkirli plan siyaəsəti yarımcıq qaldı .Cünki 2-ci dünya müharibəsindən sonra daima müharibə etmək və qələbə iştahısı ilə yaşayan Stalinin,məkirli planını ABŞ pozdu və tez bir zamanda Türkiyə ərazisinə öz ordusunun bazalarını yerləşdirdi. Bununla da Stalinin Türkiyəni işgal etmək planı dayandı..Son 100 il ərzində erməni sövinistl separatçıları gizli də olsa, özgə torpaqlarında böyük dövlət qurmaq yəni,onların dənizdən- dənizə torpaq əldə etmək xülyaları ilə baglı dəfələrlə cıxışlar edirdlər.Hələ 1960 ci illərdə erməni ziyalıları yenə də Daglıq Qarabagın Ermənistana birləşdirilməsi ilə baglı cıxışlar edir və SSRİ rəhbərliyinə bununla baglı coxlu sayda məktublar da göndərirdilər.1988-ci ildən başlayaraq,ermənilər Daglıq Qarabağda Azərbaycan torpaqlarını işğal iddiası ilə,çıxışlar etməyə başladılar.1988-1992-ci illər, Azərbaycan, cox agır müharibə illərini yaşadı.Belə ki,Qarabag torpaqlarımızın bir hissəsi ermənilər tərəfindən işgal olundu.Şükürlər olsun ki,Azərbaycanın qüdətli ordusu, 2020 ilin 27 sentyabrından başlayan 44 günlükVətən müharibəsində, parlaq qələbə qazanaraq, tarixi torpaqlarımızı dogma Qarabagımızı işğaldan azad etdi. Qarabağda erməni separatizminə son qoyulması və bütün ərazilərimiz üzərində Azərbaycanın milli suverenliyinin bərpa edilməsi, bir neçə əsrlik tariximizin mühüm hadisəsi kimi tarixə düşdü.Vətən müharibəsində və antiterror tədbirlərində qazandığımız zəfərlər təsdiq etdi ki, Azərbaycan özünün milli hədəflərinə çatmağı bacaran qüdrətli bir dövlətdir.Vətən müharibəsində və antiterror əməliyyatlarında zəfərlər qazanaraq Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışı qətiyyətlə gerçəkləşdirən Azərbaycan dövlətinin növbəti tarixi hədəfi isə, Qərbi Azərbaycanlıların pozulan hüquqlarını bərpa edərək, onları əzəli yurdlarına qaytarmaqdır. Prezident özünün qətiyyətli siyasəti ilə ərazi bütövlüyümüzü bərpa etdi və bu hadisə cəmiyyətimizdə həm də Qərbi Azərbaycana qayıdış inamını gücləndirdi. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında demişdir ki, indiki Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranmışdır və Qarabağa qayıtdığımız kimi,Qərbi Azərbaycana da qayıdacağıq. Bəli, Azərbaycan dövlətinin növbəti tarixi hədəfi qeyd etdiyimiz kimi Qərbi Azərbaycanlıların əzəli yurdlarına qayıdışının təmin edilməsidir. Cün ki,bu gün artıq Qarabag torpaqlarımıza qayıdış oldugu kimi, yaxın gələcəkdə də, Qərbi Azərbaycanlıların öz dögma yurd yuvalarına, tarixi vətənlərinə qayıtmaları günümüzün aktul məsələlərindəndir. Təsadüfi deyil ki, bu gün Qərbi Azərbaycana qayıdış məsələsi milli ideyanın əsas hədəflərindən biridir.Azərbaycan xalqı Qarabağa və Şərqi Zəngəzura qayıtdığı kimi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana da qayıtmaq, hər bir Azərbaycanlının müqədds arzusudur.”Vaxt gələcək, bu ədalətsizliklər aradan qaldırılacaqdır”. Cıxışdan sonra Tofiq Əli-zadə soydaşlarımızdan Azad Həmidovun, gənc fəal Nurlan Agamirovun Azərbaycanın tarixi ilə baglı, verilən sualları cavablandırdı.Tədbirin sonunda Polşanın Krakov şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Aqetliyinin maliyə dəstəyi ilə, keçirilən “Qərbi Azərbaycanlıların Ədaləti və Tarixi qayıdışı layihəsinin icra olunmasında təşkilatı məsələlərdə köməklik etdiyinə və Dünya Azərbaycanlıların Həmrəyliyi sahəsində göstərdiyi xidmətlərə görə, Polşa Respublikasının Krakov şəhərindəki, Azərbaycan Mədəniyyət mərkəzinin sədri,“Xarı Bülbül” Dünya Azərbaycanlılarının Mədəniyyət Assosiasiyasının sədri və Polşa Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Sedat Şamilli, “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” ictimai birliyinin Fəxri Fərmanı ilə təltif olundu.

MM.AZ
AYGÜN HÜSEYİNLİ