Ucqar kəndlərdən birinə təyin olunan molla kəndin girəcəyində balaca uşaqla rastlaşır:
-Ey balaca, kəndin məscidi hardadır?
Uşaq məscidə necə getməyi izah edir. Molla sağollaşıb gedəndə deyir:
-Axşam kəndin uşaqlarını da yığın, gəlin məscidə.
-Nə üçün, nə olub ki?
-Gəlin, sizə cənnətə necə düşməyin sirlərini öyrədəcəm…
Bunları eşidən uşaq başlayır gülməyə. Molla soruşur:
-Niyə gülürsən, bala?
Uşaq aralanır və qışqırır:
-Bir məscidin yerini görə bilmirsən, cənnətin harda olduğunu necə görəcəksən,ay molla?
MM.AZ