Şəhid olan Taleh Namazovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirildi

ölkə
27 oktyabr 2022 -ci il tarixində, Ağstafa rayon Düzqışlaq kəndində – 44 günlük Vətən müharibəsi zamanı qəhrəmancasına şəhid olan Taleh Namazovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirildi.
Mənim aparacılığımla keçirilən tədbirdə şəhid ailələri, qazilər, ictimayiyyət nümayəndələri iştirak edirdilər.
Azərbaycan himninin sədaları altında başlanan tədbirdə, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə şəhid valideyinləri, qazilər şəhid Taleh Namazovun döyüş yolundan ürək ağrısıyla danışdılar.
Məktəb şagirdlərinin ifasında qəhrəman şəhidlərimizə ithaf olunmuş şeirlər səsləndirildi.
Allah şəhidlərimizə rəhmət eləsin!
Məkanları cənnət, ruhları şad olsun!
Qarabağ Azərbaycandır!
QƏHRƏMAN TALEH
Keçsə min il, milyon il,
Sən düşməzsən dillərdən.
Sənin şəhidlik adın,
Silinməz könüllərdən.
Döyüş yoldaşların da,
Hamı səndən danışır.
Qəhrəman olmağından,
Danışdıqca alışır.
Komandirin söyləyir:
,,-Düşməni saldın dərdə.
Sənintək bir döyüşçü,
Gəlməz dünyaya bir də.”
Sən alovlar içində,
Düşünmədin canını.
Xilas etdin gör neçə,
Vətən qəhrəmanını.
Döyüşün qızğın çağı,
Komandir ,, qayıt”, dedi.
Sən sözünə baxmadın,
Dedin, ,,qayıtmaq nədi?”
Komandirin əmrini,
,,Vurdun qulaqardına.”
Getdin daha irəli,
Qüvvət verdin orduma.
Neçə-neçə yaralı,
Əsgəri xilas etdin.
Yarasını sarıdın,
Belə arzuna yetdin.
Əlində silahınla ,
Düşmənləri çapırdın.
Düşməndən qisas alıb,
Xoş təsəlli tapırdın.
Çünki, zəfər çalmağa,
Ürəkdən inanırdın.
Sən bu yurdu, vətəni,
Xoşbəxt, azad sanırdın.
Həmişə bizimləsən,
Taleh adlı qəhrəman.
Xətrini əziz tutar,
El unutmaz heç zaman!

MUASİRMEDİA.AZ

15.12.2021
Ziba Sevindik