Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi Azərbaycan mediasında yayılan, “Azərbaycandan Ermənistana dəmir yolu ilə yanacaq tədarükünə tarif maneələrinin əngəl yaratdığı” barədə məlumatlara münasibət bildirib.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi Azərbaycan mediasında yayılan, “Azərbaycandan Ermənistana dəmir yolu ilə yanacaq tədarükünə tarif maneələrinin əngəl yaratdığı” barədə məlumatlara münasibət bildirib. Məlumatı Gürcüstanın “Birinci” kanalı yayıb.
Nazirliyin açıqlamasına görə, cari ilin dekabrın 5-də Gürcüstan hökuməti tərəfdaş ölkələrdən Azərbaycanın neft məhsullarının Gürcüstan ərazisindən keçməklə Ermənistana bir dəfəlik tranziti üçün müraciət alıb.
Bildirilib ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarı ilə “Gürcüstan Dəmir Yolları”na sözügedən yükün dəmir yolu ilə bir dəfəlik və tam ödənişsiz daşınmasının təmin edilməsi barədə dərhal tapşırıq verilib. Qərar barədə rəsmi tərəflər məlumatlandırılıb.
Nazirlik vurğulayıb ki, Gürcüstan həm Ermənistanın, həm də Azərbaycanın strateji və etibarlı tərəfdaşı olub və qalır: “Biz regionda sülhün və əməkdaşlığın tərəfdarı olmuşuq və olaraq qalırıq”.
Dekabrın 6-da Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib ki, Qəbələ səfəri zamanı sərhədin delimitasiyası ilə yanaşı, Azərbaycan neftinin və neft məhsullarının Ermənistana ixracı məsələsi müzakirə edilib”.
O, bu barədə Dohada keçirilən forumda danışıb.