Göyçayda gecə saatlarında kamuflyaj geyimdə bir mənzilə daxil olaraq ev sahibini kəsici alətlə hədələyən şübhəlini polis müəyyən edib.
Tədbirlərlə 38 yaşlı, əvvəllər dəfələrlə məhkum olunmuş Fərid Qəribov saxlanılıb. Onun yaşadığı ünvandan 5 kiloqrama yaxın marixuana aşkarlanıb.
Fakta görə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs edilib. Araşdırmalar davam edir.

MUASİRMEDİA.AZ DİN
