Son günlər özünü övlad, nəvə və ya qohum kimi təqdim edən şəxslər yaşlı insanlara zəng edərək “qəza baş verib”, “təcili əməliyyat lazımdır” kimi yalan bəhanələrlə pul tələb edirlər.
Dələduzlar əsasən xarici nömrələrdən zəng edir, insanları tələsdirir və qorxudur, bəzən isə ünvanlara kuryer göndərərək pul ələ keçirməyə çalışırlar.
Nə etməli?
• Zəngdə deyilən məlumatı mütləq yoxlayın
• Tanımadığınız şəxslərə pul göndərməyin
• Şübhəli zəng alanda dərhal 102-yə müraciət edin
Bir zəng, bir yoxlama sizi böyük itkidən qoruya bilər. Hər kəs diqqətli və ayıq-sayıq olmalıdır.

MUASİRMEDİA.AZ DİN
