Bu gün onun doğulduğu gündü.Doğum günün mübarək ŞƏHİDİM!

HƏRBİ
Rusiyada böyük nüfuz sahibi, böyük biznesi olmasına baxmayaraq, hər şeyi atıb Sakit okean sahillərindən odlu Laçına qayıtmışdı Qasım. Karate üzrə qara kəmər ustası olan Alxasov Qasım Ayaz oğlu 12 yanvar 1968-ci ildə Laçın rayonunun Alxaslı kəndində doğulub.
1986-ci ildə Kürdhacı kənd orta məktəbini başa vuran Qasım hərbi xidmət borcunu Uzaq Şərqdə, Rusiya Federasiyasının Vladivostok şəhərində yerinə yetirib. 1988-ci ildə hərbi xidmətini başa vurduqdan sonra Uzaq Şərqdə dənizçilik məktəbinə daxil olaraq təhsilini müvəffəqiyyətlə başa vuraraq xarici ölkələrə üzən okean gəmilərində işə düzələrək, hələ gənc ikən Kubanın, Koreyanın, Yaponiyanın və digər xarici ölkələrin sularında üzür.
1992-ci ilin əvvələrində Uzaq Şərqə doğma Vətəni Azərbaycandan gələn xəbərləri eşidən Qasımın səbri tam tükənir, Vətəninə dönərək Bakıda yaradılan Laçın hərbi qərargahında Laçın igidlərindən təşkil edilən könüllü dəstənin tərkibində 1992-ci il iyulun 1-də Kəlbəcər rayonuna yola düşür. Qasımgilin dəstəsi əvvəlcə Təzəkənd kəndini, daha sonra Pircahan, Qoşasu, Mişni, Alxaslı, Minkənd və bir çox digər kəndləri azad edərək, düşmənə bir-birindən ağır zərbələr endirir. 1992-ci il iyulun 29-da Hoçaz kəndi düşmən tapdağından azad olunur. Lakin bu döyüşlərdə Qasım qəhrəmancasına şəhid olur.
Bu gün onun doğulduğu gündü. Doğum günün mübarək ŞƏHİDİM!

Fotoğraf açıklaması yok.
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir