Jurnalist Səmil Şahlar oğlu sosial şəbəkə hesabları vasitəsilə dövlət qurumlarına müraciət edərək Bakı–Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsində mövcud olan təhlükəsizlik problemini gündəmə gətirib.
Onun müraciətində qeyd olunub ki, sözügedən yol sahəsində gecə saatlarında baş verən növbəti yol-nəqliyyat hadisəsi nəticəsində bir piyada həyatını itirib, bir ailə isə gənc atasını itirərək başsız qalıb. Bildirilib ki, bu cür faciəvi hadisələr həmin ərazidə ilk dəfə baş vermir. Jurnalist vurğulayıb ki, yolun Yenikənd kəndindən keçən hissəsində işıqlandırmanın olmaması gecə vaxtı nəqliyyatın hərəkətini son dərəcə təhlükəli edir və tez-tez ağır qəzaların baş verməsinə səbəb olur. Bu vəziyyət artıq kənd sakinlərinin ciddi narahatlığına çevrilib. Müraciətdə aidiyyəti dövlət qurumlarına, xüsusilə Milli Məclisin deputatı, çox hörmətli Sadiq Qurbanova çağırış edilərək məsələnin nəzarətə götürülməsi, aidiyyəti qurumlar qarşısında qaldırılması və Milli Məclisdə səsləndirilməsi xahiş olunub. Qeyd edilib ki, Yenikənd kəndində yol kənarlarının işıqlandırılması həyati zərurət daşıyır və bu addım gələcəkdə baş verə biləcək faciələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir. Yenikənd sakinləri adından edilən müraciətdə səlahiyyətli qurumların bu məsələyə biganə qalmaması xahiş olunub.

https://www.youtube.com/watch?v=6KJmktDpGkk
MUASİRMEDİA.AZ YAQUB MEHDİ OĞLU