Yanvarın 8 və 9-da İrandakı etirazlarda 30 minə yaxın insan öldürülüb.

Dünya
AzadlıqRadiosunun Radio Fərda xidməti yazır ki, məlumatı “Time” jurnalı İran Səhiyyə Nazirliyindəki iki yüksək vəzifəli məmura istinadən yayıb. AzadlıqRadiosu yayılan bu məlumatın gerçəkliyini yoxlaya bilməyib. Lakin o, BMT-nin keçən həftə ölənlərlə bağlı açıqladığı rəqəmə yaxındır. Belə ki, BMT nümayəndəsi etirazlarda öldürülənlərin 20 mini keçə biləcəyini açıqlamışdı.
“Time” yazır ki, Reza Pəhləvinin çağırışından sonra yanvarın 8 və 9-da hökumət agentlərinin belə toplaya bilməyəcəyi sayda etirazçı öldürülüb. Jurnal hətta ölənlər üçün nəzərdə tutulan torba ehtiyatının belə tükəndiyini yazıb.
İran Səhiyyə Nazirliyindəki iki mənbənin sözlərinə görə, ölü sayı o qədər çox olub ki, təcili tibbi yardım maşınları onları daşımağı çatdıra bilməyiblər və bunun üçün də hökumət yük maşınlarından istifadəyə keçib.
İranın rəsmi İSNA agentliyi isə yanvarın 25-də Fərabi xəstəxanasında kütləvi şəkildə gözdən travma almış xəstələr barədə məlumat yayıb. Agentliyə danışan xəstəxana işçiləri yanvarın 10-da artıq xəstəxanada belə diaqnozlu xəstələrə xidmət üçün yerin qalmadığını etiraf ediblər. Bir yatağa bir neçə xəstənin uzadıldığı hətta bir çoxunun dəhlizlərdə yerləşdirildiyi bildirilib.
Bununla yanaşı etirazlardan sonra yaxalanan bir çox insana seksual zorakılığın edilməsinə dair məlumatlar da yayılıb. BMT İran hakimiyyətindən təcili beynəlxalq öhdəliklərinə əməl etməsini tələb edib.

yazı görseli olabilir
MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir