Pakistanın paytaxtı İslamabadda yerləşən Xədicətül-Kubra məscidində cümə namazı zamanı bombalı hücum həyata keçirilib.
MUASİRMEDİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerinə dərhal polis və xilasedici qüvvələr cəlb olunub. Hücumdan sonra paytaxtdakı bütün iri xəstəxanalarda təcili vəziyyət elan edilib.
Polisin yaydığı məlumata görə, partlayış nəticəsində azı 15 nəfər həlak olub, 80 nəfər yaralanıb. Yaralıların bir qisminin vəziyyətinin ağır olduğu bildirilir.
Hazırda hücumun kimlər tərəfindən törədildiyi açıqlanmayıb, insidenti üzərinə götürən hər hansı qrup yoxdur. Faktla bağlı araşdırma aparılır.
Hazırda hücumun kimlər tərəfindən törədildiyi açıqlanmayıb, insidenti üzərinə götürən hər hansı qrup yoxdur. Faktla bağlı araşdırma aparılır.

Pakistanın paytaxtı İslamabadda cümə namazı zamanı partlayış baş verib.
