“Ciyərimə su gəlib, ağır xəstəyəm-ZAUR RZAYEV

Şou-biznes
“Bir o qədər də yaxşı deyiləm. Bütün günü havadayam. Nə yaxşıyam, nə də pis. Yenə də həkimə getməyə hazırlaşıram. Qara ciyərimə su gəlib. O məni yorur, əldən salır. Çox narahatlıq yaradır. Artıq verilişlərə də gedə bilmirəm. Bu da səhhətimlə bağlıdır. Sağlıq olsun, sağalıb gedəcəyəm. Tamaşaçılar da deyir ki, gözümüz sizi axtarır. Onları sizin vasitənizlə salamlayıram”.

“Arzularım çoxdur. Amma nə etmək olar? Arzularım həm sənətlə bağlıdır, həm də həyatla bağlıdır. Allah yaxşılarımızı qorusun. Mən nə edə bilərəm? Ağır xəstəyəm, gücüm dua etməyə çatır”.

O daha sonra sənət yoldaşlarının dəstəyindən danışıb:
“Bütün dostlarım, sənət yoldaşlarım mənə görə narahatdırlar. Əksəriyyəti yanımdadırlar. Hər zaman mənimlədirlər. Zəng edib hal-əhvalımı soruşurlar. Dostluq, qardaşlıq burada bilinir. Boş-boşuna dost deməklə insandan dost olmur ki? Həyatda elə bir insan yoxdur ki, onunla münasibətim olmasın. Sənət aləmində ikinci bir adam tanımıram ki, bu qədər dostu olsun. Hamıya can deyirəm. 10 dəfə can dediyim dostlarım da var. Bundan artıq nə ola bilər ki?”, – deyə müğənni bildirib.

Qeyd edək ki, Z.Rzayev bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Müğənninin ürəyində problem var idi.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir