Təbiətin səssiz keşikçilərindən biri olan yulğun ağacı-VİDEO

video

 Təbiətin səssiz keşikçilərindən biri olan yulğun ağacı əsasən çay kənarlarında, göllərin sahillərində və şoran torpaqlarda bitir.
Yulğun quraqlığa və şoranlığa davamlılığı ilə seçilir. Güclü kök sistemi torpağı möhkəmləndirir, eroziyanın qarşısını alır və sahilboyu əraziləri qoruyur. Xüsusilə Kür və Araz hövzələrində yulğun kolları torpağın yuyulmasının qarşısını almaqda mühüm rol oynayır. Yaz aylarında açdığı xırda çəhrayı çiçəklər isə təbiətə xüsusi gözəllik qatır və arılar üçün nektar mənbəyi sayılır. Mütəxəssislər bildirirlər ki, yulğun yalnız dekorativ və yanacaq məqsədilə deyil, həm də ekoloji tarazlığın qorunması baxımından əhəmiyyətlidir. Bu səbəbdən onun qanunsuz kəsilməsi qanunvericiliklə qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, ağac və kolların qanunsuz kəsilməsinə görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 7000 manatadək cərimə oluna bilər. Əgər təbiətə ciddi ziyan vurularsa, əlavə maddi məsuliyyət də tətbiq edilir. Unutmayaq ki, bir ağacı kəsmək bir neçə dəqiqə çəkir, amma onun yetişməsi illər tələb edir. Yulğunu qorumaq – torpağı, suyu və gələcəyimizi qorumaq deməkdir.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir