Şəhid Hüseyinov Kamran Namiz oglu 12.07.1995 ci -ildə Neftçala şəhərində anadan olub-FOTO,VİDEO

Cəmiyyət

Huseyİnov Kamran Namiz oglu 12.07.1995 ci ilde Neftcala seherinde anadan olub.
MUASİRMEDİA.AZ xəbər verir ki,Huseyİnov Kamran Namiz oglu 2023 cü- ildə antiterror əməliyatında Lacın istiqamətində şəhid olub.
04.03.2023 cü -ildə Kamran uşağlığından vətənə bağlı bir uşaq idi. Namiz dayı öz xatirələrəndən danışır ki, Kamran balaca idi əlindən tutub şəhərdə gəzirdik birdən azərbaycan bayrağını gördü  birdə baxdim ki,gedib bayrağı alib qucağına mənə dedi ki,ata bu şəkilli parçanı mənə al məndə aldim.Sonra evə gəldik, evdə baxdım ki, bayrağı divardan asıb.
Anası Zülfiyyə xanim isə öz xatirələrindən belə  danışır ki,Kamran hər gün mənə zəng edib deyirdi ana mən sənin borcunu vətənə xidmətlə qaytaracam.
Çünki, Kamran 9 -cu sinifdən C.Naxcivanski litseyinə qəbul olub sonra isə Ali Hərbi Məktəbi bitirib.
 Kamran evdə çox az vaxt keçirib. Namiz əmi deyir ki, Kamran 2020 ci- ildə Qarabağ muharibəsində yaralanmışdır. Buna baxmayaraq antiterror əməliyatına qatıldı.
Şəhidlər ölməz, vətənimizdə hələ çox belə igidlər doğulub və doğulacaq.
Kamran balamız da digər şəhidlər kimi  hamımızın qəlbində  igid, mərd vətən oğlu kimi  yasayır və əbədi olaraq yaşayacaq.

https://www.youtube.com/watch?v=9TwqM_IK2ys

MUASİRMEDİA.AZ
HÜSEYİNLİ  ÜLVÜ VƏ İLKİN

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir