
Gürcü xalqı bu gün böyük bir mənəvi liderini – Gürcüstan Pravoslav Kilsəsinin Patriarxı, bütün Gürcüstanın Katolikos-Patriarxı olan Ilia II-ni itirdi. Onun vəfatı təkcə Gürcüstan üçün deyil, bütün region üçün böyük itkidir.
Ilia II uzun illər ərzində öz xalqına sədaqətlə xidmət etmiş, mənəvi dəyərlərin qorunmasına, cəmiyyətin birliyinə və xalqlar arasında qarşılıqlı hörmətin möhkəmlənməsinə böyük töhfə vermişdir. O, müdrikliyi, təmkinli mövqeyi və barışdırıcı yanaşması ilə tanınan bir dini lider idi.
Biz, Azərbaycan parlamentinin nümayəndələri olaraq, müxtəlif görüşlərdə onunla ünsiyyətdə olmuş, onun səmimiyyətinin, müdrikliyinin və regionda sülhə verdiyi əhəmiyyətin şahidi olmuşuq. Bu görüşlər yaddaşımızda dərin hörmət hissi ilə qalacaq.
Bu ağır gündə qardaş Gürcüstan xalqına, Gürcüstan Pravoslav Kilsəsinə və mərhum Patriarxın yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət diləyirik. Onun xatirəsi Gürcü xalqının tarixində və regionun mənəvi həyatında həmişə hörmətlə yaşayacaq.
Allah rəhmət eləsin.
MUASİRMEDİA.AZ
