Telefonun Həqiqi İxtiraçısı Bu Şəxsdir:
Çoxumuz telefonu Aleksandr Qraham Bellin icad etdiyini düşünürük.
Əslində isə telefonu icad edən Antonio_Meucci adlı italyan ixtiraçıdır.
1860-cı ildə Meucci “teletrofona” adını verdiyi cihazı icad etdi. 1871-ci ildə isə müvəqqəti patent sayılan “caveat” aldı.
Amerikada yaşasa da ingiliscə zəyif bilən və işsiz olan Meucci 1874-cü ildə patenti yeniləmək üçün lazım olan 10 dolları olmadığı üçün patenti yeniləyə bilmədi.
Bundan xəbər tutan Qraham Bell telefonun patentini özü aldı.
Bu səbəbdən Meucci onu məhkəməyə versə də prosesin davamında vəfat etdi.
Beləliklə, telefon Qraham Bellin icadı kimi tanındı.

MUASİRMEDİA.AZ
GÜLƏR AMİN
GÜLƏR AMİN
