“Heç kəs inciməsin, amma mənim tanıdığım ən cəsur insan azərbaycanlı idi… Onun adı Vəzir idi.
O, zahirən sadə görünürdü — digərlərindən heç nə ilə fərqlənmirdi. Üzərində köhnə, çirkli, balıq iyi verən bir buşlat vardı. Amma onun daxilində elə bir ürək döyünürdü ki, o ürək qorxu nədir bilmirdi.
Vəzir sadəcə bir insan deyildi — o, mərdliyin, qeyrətin və vətən sevgisinin canlı simvolu idi. O, ölümün gözünün içinə baxıb geri çəkilməyənlərdən idi. Onun cəsarəti sözlə deyil, əməli ilə yazılmış bir dastan idi.
Belə insanlar nadir doğulur… Onlar torpaq uğrunda can verərək, millətin qüruruna çevrilirlər.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid Vəzir Orucov — sənin adın tarixə qızıl hərflərlə yazılıb. Sən təkcə bir qəhrəman deyil, bir millətin başı dik, ürəyi qürurlu qalmasının səbəbisən.
Ruhun şad olsun, qəhrəman!”
MUASİRMEDİA.AZ
