Məktəbə hücum edən məmur övladı olan yeniyetmənin valideynləri saxlanıldı

Dünya

Türkiyədə məktəbə silahlı hücum edən yeniyetmənin valideynləri saxlanılıb.

 Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyənin Kahramanmaraş şəhərində 14 yaşlı yeniyetmənin orta məktəbə silahlı hücumu nəticəsində 9 nəfər həlak olub.

Məlumata görə, hadisədə istifadə olunan silahların sahibi, hücumçunun atası – birinci dərəcəli polis rəisi U.M. dərhal saxlanılıb.

İstintaqın davamında yeniyetmənin anası, Anadolu liseyində türk dili və ədəbiyyatı müəllimi işləyən P.P.M. də nəzarətə götürülüb.

Bildirilib ki, 14 yaşlı İ.A.M. atasına məxsus 5 tapança və 7 dolu daraqla orta məktəbə daxil olaraq 8 şagirdi və bir müəllimi qətlə yetirib, daha sonra isə intihar edib.

Qeyd edək ki, Kahramanmaraş valisi Mükerrem Ünlüer hadisə ilə bağlı açıqlamasında yeniyetmənin atasına məxsus xidməti silahlardan istifadə etdiyini təsdiqləyib.

MUASİRMEDİA.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir