Naxçıvanda İki rəis vəzifəsindən AZAD EDİLDİ

İqtisadiyyat
Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinin (DSK) Şərur və Culfa Rayon Statistika İdarələrinin rəisləri vəzifələrindən azad olunublar.

 Bununla bağlı muxtar respublikanın DSK sədri Hüseyn Bağırov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Şərur Rayon Statistika İdarəsinin rəisi Ramiz Rəsulov və Culfa Rayon Statistika İdarəsinin rəisi Məhərrəm Məmmədov vəzifələrindən azad ediliblər.

Hələlik sözügedən idarələrə təyinat olmayıb.
MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir