Aslan Hüseynov — Azərbaycan estradasının tanınmış müğənnilərindən biri olub. O, 17 may 1967-ci ildə Qazaxıstanın Cambul vilayətində anadan olub. Musiqiyə böyük marağı olan Aslan Hüseynov gənc yaşlarından vokal sənəti ilə məşğul olub və sonradan Azərbaycan səhnəsində məşhurlaşıb.
Aslan Hüseynovun ən çox sevilən mahnıları arasında “Reyhan”, “İgidlər”, “Bulaq suyu, dağ havası” və “Of dədə” xüsusi yer tutur. Onun səsi və ifa tərzi Azərbaycan tamaşaçıları tərəfindən böyük rəğbətlə qarşılanırdı. Müğənni yalnız Azərbaycanda deyil, Qazaxıstan,
Qırğızıstan, Türkmənistan və Özbəkistanda da çıxış edərək Azərbaycan musiqisini təmsil edib.
O, Qırğız Dövlət Universitetinin hüquq fakültəsində təhsil almış, eyni zamanda Qazaxıstanda Abay adına Qazax Milli Vokal Studiyasında musiqi təhsili almışdı. 2001-ci ildə ailə qurmuşdu və iki övladı vardı.
4 may 2021-ci ildə Aslan Hüseynov faciəli avtomobil qəzasında həyatını itirdi. Qəza Bakı–Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Onun idarə etdiyi BMW markalı avtomobil qarşıda hərəkət edən “KamAZ” yük maşınına çırpılmışdı. Müğənni hadisə yerində vəfat etmişdi
Aslan Hüseynovun ölümü Azərbaycan musiqi ictimaiyyətində böyük üzüntü yaratdı. O, Gəncə şəhərində anasının məzarı yanında dəfn olunub.
Onun xatirəsi və mahnıları bu gün də dinləyicilər tərəfindən sevilərək yaşadılır.

MUASİRMEDİA.AZ
