Etibar Məmmədov deyir ki, 4 İyun qiyamına dəstək verməmişəm.

Siyasət
 Əslində həmin qiyam iyinun 4-də başlayıb, iyunun 24-də Milli Məclisin 630 saylı qərarı ilə prezident Əbülfəz Elçibəyin səlahiyyətlərinin əlindən alınmasıyla başa çatıb.
Həmin bədnam qanun layihəsinin müəllifi Etibar Məmmədovun o vaxt sədrlik etdiyi AMİP-in üzvü Fuad Ağayev olub. Layihəni parlamentə Etibar Məmmədov özü təqdim edib.
Hələ onu demirəm ki, qiyam vaxtı AMİP-çi deputat Şadman Hüseynov Gəncədə Sürət Hüseynovun başı pozuq dəstələrinin təşkil etdiyi aksiyalarda açıq şəkildə vətəndaş qarşıdurmasına təhrik edən nitqlər söyləyirdi.
Hələ onu da demirəm ki, o günlərdə ölkənin əksər rayonlarında AMİP-in əsasən mafiozlardan, məsələn zapravka sahiblərindən ibarət olan üzvləri icra hakimiyyəti binaları önündə piketlər təşkil edirdi.
İndi onlar bir tərəfdən öz üzərlərindəki damğanı silməyə çalışırlar. O biri yandan isə Sürət Hüseynova dəstək vermələrinə bəraət qazandırmaq üçün deyirlər ki, Elçibəy özü onu
Qarabağ üzrə səlahiyyətli nümayəndə təyin edib və milli qəhrəman adı verib. Ola bilər ki, Elçibəy o vaxt müdafiə naziri olan Rəhim Qazıyevin yanlış raportları, hətta təhdidləri nəticəsində Sürət Hüseynova layiq olduğundan artıq status verib. Ola bilər səhv edib. Amma bir var siyasi səhv, – buna görə uzaq başı növbəti seçkidə səs verməzsən, – bir də var cinayət.
Siz cinayət törətmisiz. Siz Sürət Hüseynova, onun dəstəsi başda Tahir Məmmədov olmaqla prezident qvardiyasını vəhşicəsinə qətlə yetirdikdən sonra, dövlət rəsmilərini girov götürdükdən sonra dəstək verməklə dövlət əleyhinə cinayətə şərik olmusuz.
Xalqın səsi ilə prezident seçilmiş Elçibəyi devirənlər tək ona qarşı yox, bütün xalqa qarşı cinayət törədiblər və buna görə tək siyasi yox, həm də hüquqi məsuliyyətə gec-tez cəlb olunacaqlar.

MM.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir